30 aprel 2012 - 19:30

İngiltərə İran İslam Respublikasını pisləməkdənsə, insan haqları ilə bağlı problemlərini həll etsin.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst Tehranda mətbuat konfransında deyib: “İngiltərənin əvvəlcə insan haqları ilə bağlı problemlərini həll etməsi lazımdır, daha sonra isə İran İslam Respublikasında belə hallardan danışa bilər”.

Mehmanpərəst bildirib: "İngiltərə başqa ölkələrin işlərinə qarışmamalıdır, çünki onun özündə insan haqlarının pozulması ilə bağlı məsələlərlə məşğul olmaq lazımdır. "Uoll-Striti zəbt et" hərəkatından olan nümayişçilərə qarşı zorakılıq göstərir ki, orada insan haqları ilə bağlı vəziyyət yaxşı deyil və biz onlara bu məsələlərlə məşğul olmağı məsləhət görürük".

İslam Respublikası ilə  BAEA arasında qarşıdakı danışıqlara toxunan Mehmanpərəst deyib ki, Tehran bütün anlaşılmazlıqların danışıqların bu mərhələsində həll olunacağını gözləyir.

"Bizim fəaliyyətimiz şəffafdır. Biz görüşü səbirsizliklə gözləyir və İranla BAEA arasında əməkdaşlığın möhkəmləndirilməsinə yardım edəcək istənilən addımı alqışlayırıq", - Mehmanpərəst deyib.

"F-22 Raptor" qırıcılarının regionda yerləşdirilməsi məsələsinə gəldikdə, Mehmanpəeəst deyib ki, xarici qüvvələr regiondakı vəziyyəti gərginləşdirməyə çalışırlar.

"Regionun bütün ölkələri problemləri xarici qüvvələrin müdaxiləsi olmadan həll etməlidirlər. Region ölkələri Fars körfəzindəki təhlükəsizliyi təmin etmək üçün bir-biri ilə işləməlidirlər", - Mehmanpərəst deyib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır