25 aprel 2012 - 19:30

Folker Bek: “Azərbaycanda hər şey diktator İlham Əliyevin tapşırığı ilə baş verir”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Almaniya Bundestaqının “Yaşıllar” partiyasından olan deputatı Folker Bek Avstriyada yayımlanan “Der Standart” qəzetində dərc olunan məqaləsində bildirib: “Azərbaycanda hər şey diktator Ilham Əliyevin tapşırığı və nəzarəti altında baş verir. Onun (admin: bədnam) “eurovision” yarışmadan öz rejiminin piar kampaniyası üçün istifadə etməsinə ehtiyatla yanaşmaq lazımdır.

Folker Bek məqaləsinin sonunda Bakıya gələn dünya mediasının təmsilçilərinin Azərbaycanda insan haqlarının pozulmasıyla bağlı Avropa cəmiyyətini məlumatlandırmalı olduğunu vurğulayıb: “Xarici ölkələrdən gələn dövlət media qurumlarında çalışan jurnalistlərin Azərbaycan hakimiyyətinin təzyiqləri qarşısında geri çəkilərək insan haqlarının pozulması hallarına göz yumması arzu oluna bilməz”.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır