23 aprel 2012 - 19:30

O, 4 illik maaşını bir saatamı xərcləyib?

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən 1999- cu ildə Klivlendə ilk səfərindən qayıdan əliyevlər rejiminin banisi Heydər Əliyev əyan-əşrəfini toplayaraq müsavirə keçirirdi. Müşavirənin qızğın yerində Heydər Əliyev qəzəbləndi və üzünü Kəmaləddin Heydərova tutub dedi: "Sənin qolundakı saat neçəyədir?".

O zaman Kəmaləddin Heydərovun qol saatının hansı markadan olduğu yadımda deyil, amma xatırlayıram ki, bu, çox bahalı bir saat idi.

Heydərov yenə də ampluasındadır. Onun indi qoluna taxdıgı saatın qiymətinin 475 min avro olduğunu deyirlər.

Amma nədən Heydərov və başqa Azərbaycan oliqarxları bu qədər bahalı aksessuarlara üstünlük verirlər? Bu dəbin bir örnəyi olmalıdır, axı.

Örnək lap bu günlərdə peyda oldu. Nazirlər Kabinetində nazirləri başına yığib müşavirə keçirən İlham Əliyev ölkə ictimaiyyətinə öz saatını nümayiş etdirdi. Bloqer Vəfa Cəfərova da onun öz saatını nümayiş etdirmək arzusunu daha da süsləndirdi. İlham Əliyevin azərbaycanlılara çatdırmaq istədiyi mesajı sözlə ifadə etdi. İlham Əliyevin telekanallarda nümayiş etdirdiyi qol saatınin təsvirini verdi:

“İlham Əliyevin saatı neçəyədir?

$800,000 – Blancpain qol saatı 1735, Grande Complication.

Blancpain 1735 Grande Qol saatının yığılması 10 ay vaxt tələb edir. Platindən korpusu var və 44 brilyant daşla bəzədilib. Dünyada bu saatdan cəmi 30 dənə mövcuddur.

Xatırlatmaq istəyirəm ki, prezidentin illik maaşı 180 000 AZN- dir".

http://vafajafarova.wordpress.com/2012/04/20/2_blancpain1735_630_3/

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır