20 aprel 2012 - 19:30

Yeni kəşf edilən neft qatlarının qalınlığı 200 metrdir

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Xuzistan əyalətində iki yeni neft yatağı aşkar edilib.

Bu barədə İran İslam Pespublikası Milli Neft Şirkətinin ölkənin cənubunda yerləşən neft yataqları üzrə icraçı direktoru Hormoz Kəlavənd açıqlama verib.

O bildirib ki, yeni kəşf edilən neft qatlarının qalınlığı 200 metrdir: “Qazıntı işləri tamamlandıqdan sonra yatağın neft ehtiyatı tam müəyyən ediləcək. Bu kəşflər beynəlxalq proseslər və münasibətlərdə İİR-nın xeyrinə müsbət təsir göstərəcək”.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır