20 aprel 2012 - 19:30

Vəkil: “Ekspertlərin verdiyi rəyə görə, Mehdi Məmmədovun narkotik maddə asılılığı və müalicəyə ehtiyacı yoxdur”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Aprelin 20-də Bakı Apellyasiya Məhkəməsində Binəqədi Rayon Məhkəməsinin “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri Mehdi Məmmədov barəsində həbs qətimkan təbdirinin uzadılması qərarından şikayətə baxılıb.

Vəkil Zaman Səmədovun verdiyi xəbərə görə, hakim Abid Abdinbəyov şikayəti təmin etməyib. Proses Mehdi Məmmədovun iştirakı ilə keçirilib.

Vəkil onu da qeyd edib ki, Mehdi Məmmədovdan götürülmüş analizlərin cavabı bəlli olub: “Ekspertlərin verdiyi rəyə görə, Mehdi Məmmədovun narkotik maddə asılılığı və müalicəyə ehtiyacı yoxdur”.

Xatırladaq ki, Hacı Mehdi Məmmədov fevralın 18-də mövcud əliyevlər rejimin Milli Təhlükəsizlik Nazirliyi tərəfindən tutulub. O, rejimin cəfəngiyyat iddialarına əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ittiham olunur. Aprelin 14-də sifarişli məhkəmə onun daha iki ay həbsdə qalmasına qərar verib.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır