Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən üzümüzə gələn həftədən şəhərdə yol kənarı açıq məkanlarda fəaliyyət göstərən kafe və çayxanalar bağlanacaq. Buna səbəb bədnam “Avrovizion” fəsad müsabiqəsidir.
Məlumatda bildirilir ki, rejim tərəfindən Bakı şəhər icra hakimiyyətinə verilən tapşırığa görə bu tipli obyektlər, o cümlədən küçədə fəaliyyət göstərən səyyar satış məntəqələridə bağlanacaq.
Bununla yanaşı bir neçə gün metroların çıxışlarında fəliyyət göstərən obyektlərdə yığışdırılacaq.
Mənbə bildirir ki, ötən həftədən saunaların əksəriyyəti bağlanılıb və yaxın günlərdə yerdə qalanlar da bədnam müsabiqəsi sona çatana qədər fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, saunaların məhz üzdən iraqların xidmətinə verilməsi istisna edilmir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır