13 aprel 2012 - 19:30

Adı çəkilən terrorçu təşkilatın köçürüləcək ölkələrdən birinin də Azərbaycan Respublikası olduğu bildirilir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən ABŞ İran İslam Respublikasının əsas müxalif qüvvələrindən sayılan Xalq Mücahidləri terror təşkilatı üzvlərinin İraqdan köçürülməsi üçün 5 qonşu ölkə ilə razılığa gəlib.

Öncədən xəbər verdiyimiz kimi adı çəkilən terrorçu təşkilatın köçürüləcək ölkələrdən birinin də Azərbaycan Respublikası olduğu bildirilir: “Bu terrorçu qruplaşma üzvlərinin İraqdan çıxarılması qəti olduqdan sonra ABŞ 5 ölkə ilə danışıqlar aparıb. Əldə olunmuş razılaşmaya əsasən, terrorçu qruplaşma üzvləri ABŞ-ın Orta Şərqdəki müttəfiq və dostları sayılan Səudiyyə Ərəbistanı, Iordaniya, Azərbaycan Respublikası, Qətər və Pakistan arasında paylanacaq”.

Xalq Mücahidlər terrorçu təşkilatı İranda şahlıq dövründə yaradılıb. 1980-ci illərdə İranda şahlıq rejiminin devrilməsindən sonra aparılan referendumda xalqın 98%-i İslam Respublikasına rəy verdikdə Xalq Mücahidləri Təşkilat İran İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Minlərlə dinc əhalinin həyatına son qyub. Yüzlərlə alim və şəxsiyyətləri terror edib. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra Xalq Mücahidlər Təşkilatının minlərlə üzvü İslam Höküməti tərəfindən yaxalanaraq edam edilib, on minlərlə üzvü isə xarici ölkələrə mühacirət edib.

Təşkilatın silahlı qanadı əsasən İraqdakı “Əşrəf” hərbi qərargahında məskunlaşıb. ABŞ-ın 1991-ci ildə İraqa həmlə zamanı İraq Şiələrinin qan içən Səddam rejiminə qaşı çıxaraq qiyam edir. ABŞ vəziyyəti belə gördükdə (Şiələrin İraq Hakimiyyətinə sahib çıxmasından hürküyərək) hava vasitəsi ilə özü quru yer vasitəsi ilə isə məhz Xalq Mücahidləri terrorçu təşkilatın köməyi ilə Şiələrə zərbələr endirir. Nətic on minlərlə Şiələri qanına qəltan edir.

ABŞ-ın 2003-cü ildə İraqa növbəti hərbi hücumundan sonra bu ölkədəki mücahidlər İraqın yerli Hakimiyyəti sayəsində tamamilə tərksilah edilərək “Əşrəf” qərargahında nəzarət altında saxlanılıb.

Azərbaycan-İran münasibətlərinin gərgin olduğu bir dövrdə Bakının belə bir addım atması təsadüfi deyil. Buna da necə deyərlər “Keçinin başı qaşındığda buynuzunu çobanın çomağına sürtər” deyərlər.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır