Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının istehsal etdiyi yerli radar 10 gün ərzində istismara veriləcək. Bunu “Xatəmül-ənbiya” hava hücumundan müdafiə qərargahının komandanı Fərzad İsmaili jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, “Samen” adlı radar 100% İran İslam Respublikasının istehsalıdır: “ Hazırda iranlı alimlər radarın quraşdırılması ilə məşğuldurlar. Geniş əhatəyə malik “Samen” ölkənin ən önəmli ərazisində istifadə ediləcək. Bu radar uçan ən kiçik həcmli obyektləri də aşkar edə biləcək gücdə istehsal olunub”.
F.İsmaili əlavə edib ki, İran İslam Respublikasının digər önəmli ərazilərində də bu radardan istifadə ediləcək.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır