9 aprel 2012 - 19:30

Davudoğlu bir daha iranlı rəsmiləri müzakirə yeri kimi İstanbulu seçməyi xahiş edib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Türkiyə xarici işlər naziri İran İslam Respublikası Milli Təhlükəsizlik Şurasının rəsmilərinə zəng edərək ölkəsinin  rəhbərlərinin İran İslam Respublikası ilə bağlı son sərt bəyanatlarına görə üzr istəyib.

Fars agentliyi “Arabi Press” qəzetinə istinadən  verdiyi məlumatda deyilir ki, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu İran İslam Respublikası Milli Təhlükəslik Şurasındakı səlahiyyətlilərlə söhbətində baş nazir R.T.Ərdoğanın son vaxt İslam Respublikasına qarşı sərt ifadələr işlətdiyinə görə rəsmən üzr istəyib.

İran İslam Respublikasındakı bəzi mənbələrə əsaslanan “Arabi Press” həmçinin Tehranın İran İslam Respublikasının “ 5+1” qrupu ilə görüşünün  Bağdadda keçirilməsi ilə bağlı fikrinə münasibət bildirib. Təklifi dəstəkləyən Davudoğlu bir daha iranlı rəsmiləri müzakirə yeri kimi İstanbulu seçməyi xahiş edib.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır