Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Türkiyə xarici işlər naziri İran İslam Respublikası Milli Təhlükəsizlik Şurasının rəsmilərinə zəng edərək ölkəsinin rəhbərlərinin İran İslam Respublikası ilə bağlı son sərt bəyanatlarına görə üzr istəyib.
Fars agentliyi “Arabi Press” qəzetinə istinadən verdiyi məlumatda deyilir ki, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu İran İslam Respublikası Milli Təhlükəslik Şurasındakı səlahiyyətlilərlə söhbətində baş nazir R.T.Ərdoğanın son vaxt İslam Respublikasına qarşı sərt ifadələr işlətdiyinə görə rəsmən üzr istəyib.
İran İslam Respublikasındakı bəzi mənbələrə əsaslanan “Arabi Press” həmçinin Tehranın İran İslam Respublikasının “ 5+1” qrupu ilə görüşünün Bağdadda keçirilməsi ilə bağlı fikrinə münasibət bildirib. Təklifi dəstəkləyən Davudoğlu bir daha iranlı rəsmiləri müzakirə yeri kimi İstanbulu seçməyi xahiş edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır