23 mart 2012 - 19:30

Suriya təhlükəsizlik güvvələri türkiyə-Suriya sərhədində 19 Fransız əsgərin ələ keçərdiyini xəbər verir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Fransız jurnalist Thierry Meyssanın şəxsi saytı Volterdəki xəbərdə Suriyadakı terrorçu qruplara dəstək vermək üçün bu ölkəyə gedən 19 Fransız əsgərinin Türkiyə sərhədini keçdikdən sonra Suriya təhlükəsizlik güvvələri tərəfindən tutulduğu bildirilir.

Xatırladaq ki, bir müddət bu hadisədən qabaq, onlarla Fransız əsgərinin tutulduğunu açıqlayan Volter saytı, Fransa səfirinin ölkəsinin Suryada iğtişaşlar törətmək istəyərkən yaxalanmış əsgərlərin azad etməsi üçün Şamda bu ölkə rəsmiləri ilə görüşlərini davam etdirdiyini xəbər vermişdir.

Qeyd edək ki, Fransa iğtişaşçı əsgərlərini azad etməsi üçün Birləşmiş Ərəb Əmrliklərindən (BƏƏ) yardım diləmişdir. Lakin Şam rəhbərliyi isə əsgərlərin buraxılması üçün Parisdən bu işə rəsmi açıqlama verməsini və Fransa əsgərlərinin qeyri-qanuni yollar ilə Suriyaya keçdikləri an yaxalandığını dünyaya rəsmi olaraq bəyan edəcəyini bildirmişdir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır