22 mart 2012 - 19:30

Q. Cəlali bildirib ki, yeni qurulacaq komandanlıq hər cür radioaktiv və nüvə terroru aktlarına qarşı nəzarət funksiyasını həyata keçirəcək.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən son illər İran İslam Respublikasının müxtəlif sahələrdə xüsusi ilə də nüvə sahəsində əldə etdiyi inkişaf və müsbət naliyyətləri görmək istəməyən sionist israil rejimi rəsmiləri açıq mediya vastələri ilə iranlı nüvə alimlərinin terroruna start verəcəklərinə söz vermişlər. Məhz bundan sonra İslam Respublikasının nüvə alimlərindən dördü sionist rejiminin muzdurları tərəfindən şəhadətə yetirildi. Bir çox ölkələrin İşğalçı İsrailə bu mənfur işdə yardımçı olduqları kimi əliyevlər rejimi də öz yadımını israillilərdən əsirgəməmişdir. Belə ki, Tehranın iki nüvə aliminin terror aktının təşkili məhz rəsmi Bakı həyata keçirtmişdir.

Bütün bu yaramaz tədbirlərə cavab olaraq İran İslam Respublikasının Passiv Müdafiə Təşkilatının rəhbəri, Sepahın (İran İslam İnqilabı Keşikçiləri Korpusunun) üzvü, general Qulamrza Cəlali deyib: “İran İslam Respublikasında özəl çevik alayı komandanlığı yaradılacaq”.

O bildirib ki, yeni qurulacaq komandanlıq hər cür radioaktiv və nüvə terroru aktlarına qarşı nəzarət funksiyasını həyata keçirəcək: “Yeni komandanlıq İslam Respublikasının təhlükəsizliyini təhdid edən hər cür ünsürlərə qarşı mübarizə aparcaq. Özəl çevik alayı İran İslam Respublikasının digər müdafiə qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərəcək”.

Q. Cəlali əlavə edib ki, İran İslam Respublikasına qarşı hər cür təhdidin qarşısını almaq üçün lazım olan bütün tədbirlər görüləcək.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır