18 mart 2012 - 20:30

Dünya Bazarında neftin qiyməti aşağı düşdü.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası ABŞ və sionist qüvvələrin təhdidlərinə cavab olaraq bəzi avropa ölkələrinə embarqo qoyaraq öz netinin satışını müvəqqəti olaraq dayandırdı. Elə həmin gündən bəri avropa birliyində böyük iqtisadi problemlərin yaranmasının şahidi olduq.

İran İslam Respublikasının bu addımı dünya bazarında da neftin qiymətinin sürətlə bahlaşmasına gətirib çıxartdı. Lakin Çinin İran İslam Respublikası neft tankerlərinin sığortalaması ilə bağlı qərar verməsi dünya bazarında neftin qiymətinin yenidən düşməsinə səbəb olub.

Çinin bu addımı İran İslam Respublikası neftinin Asiyadakı alıcılarının narahatçılığını da aradan qaldırıb.

Qeyd edək ki, İran İslam Respublikası Milli Neft Şirkətinin hesabatına görə, 2012-ci il martın 16-da İslam Respublikası yüngül dərəcəli neftinin bir barelini Qərbi Avropada və Cənub Afrikada müvafiq olaraq 123,06 dollar və 122,80 dollar dəyərində satışa çıxarıb.

İran İslam Respublikasının ağır dərəcəli neftinin bir bareli isə Avropa və Afrika qitəsində müvafiq olaraq 121,71 dollar və 121,45 dollara satılıb.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır