16 mart 2012 - 20:30

2 saat yubadılan məhkəmənin qərarı gözlənildiyi kimi olub

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Mehdi Məmmədovun vəkili Zaman Səmədov İslamazeri.az-a bildirib ki, Mehdi Məmmədovun istintaq müddətinin cəzaçəkmə müəssisəsində keçirmək qərarının ev dustaqlığı ilə dəyişdirilməsi ilə bağlı Binəqədi Rayon məhkəməsində qapalı məhkəmə keçirilib.

2 saat yubadılan məhkəmənin qərarı gözlənildiyi kimi olub. Hakim daha öncə Mehdi Məmmədovun istintaq müddətində cəzaçəkmə müəssisəsində keçirilməsi qərarını qüvvədə saxlayıb.

Zaman Səmədov martın 19-u Binəqədi rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır