Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Beynəlxalq Atom Enerjisi Agentliyindəki daimi nümayəndəsi Əli Əsğər Sultaniyə cənabları jurnalistlərə verdiyi açıqlamasında ölkəsinin nüvə fəaliyyətindən danışıb.
Cənab Əli Əsğər Sultaniyə deyib ki, nüvə fəaliyyətinə görə Qərbin İran İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyalar nəticə verməyib: “İran İslam Respublikası nüvə silahı istehsal etmək niyyətində deyil. Qərbin ölkəmizə tətbiq etdiyi sanksiyalar apardığımız nüvə fəaliyyətinə, o cümlədən də uranın zənginləşdirilməsi ilə bağlı fəaliyyətə təsir göstərə bilməyib. Əslində bu sanksiyalar sentrifuqaların fəaliyyətinə təsir etmək əvəzinə daha çox insanların həyatına təsir edib. Lakin bizə qarşı tətbiq olunan sanksiyalar və qəbul edilən qətnamələr, o sıradan da hərbi təhdidlər, kibernetik hücumlar və s. təzyiqlər İranın nüvə fəaliyyətinə təsir göstərə bilməyib”.
Əli Əsğər Sultaniyə açıqlamasının sonunda deyib: “Biz apardığımız nüvə fəaliyyətini heç vaxt dayandırmayacağıq və bu sahədəki işimizi Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında davam etdirəcəyik”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır