Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran-Azərbaycan Dostluq Qrupunun sədri, İran Islam Respublikasının Azərbaycandakı sabiq səfiri Əhəd Qəzai Bakıya gəlib.
Ə. Qəzai Bakıya səfərinin şəxsi, yəni qeyri-rəsmi olduğunu bildirib.
O, Bakıda bir sıra dostları, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.
Sabiq səfir İran-Azərbaycan münasibətlərinin hazırkı durumundan narahat olduğunu da deyib: “Bu məsələdə hər iki tərəf müəyyən qədər əsas verib, amma münasibətlər bu cür olmamalıdır. Əslində, iki ölkə arasında münasibətlərin gərgin olmasında maraqlı olan qüvvələr var. Təkcə İsrail və ABŞ deyil, elə Avropa da bizim normal münasibətlərimizin olmasını istəmir”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır