29 fevral 2012 - 20:30

Azadlığa çıxan məhbuslar ilk iş olaraq Nardarana və ordan da Bibiheybət ziyarətahına yollanıblar.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən dünən fevralın 29 axşam namazına yaxın saatlarda Hicab Məhbularından üçü azadlığa buraxılmışlar. Azadlığa çıxan məhbuslar ilk iş olaraq Nardarana və ordan da Bibiheybət ziyarətahına yollanıblar.

 

Azad olmuş Hicab Məhbusları bunlardır:

1-    Tərlan İsmayılov. O, ötən il 6 mayda dinc həyata keçirilən "Hicaba azadlıq" aksiyasında həbs olunmuşdur. 29 fevral 16 nömrəli həbsxanadan azadlığa buraxılıb.

2-     Abdullayev Mais Firuz oğlu. O, ötən il 6 mayda dinc həyata keçirilən "Hicaba azadlıq" aksiyasında həbs olunmuşdur. 28 fevralın 16 nömrəli həbsxanadan azadlığa buraxılıb.

3-    Ruhani Həsən Məmmədov. O, Cəlilabad rayonunda hicaba qoyulmuş qadağaya dinc etiraz zamanı həbs olunmuşdur. 29 fevral 16 nömrəli həbsxanadan azadlığa buraxılıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır