26 fevral 2012 - 20:30

Şəhər meri Blumberq isə məxfi müşahidələrdə qanunsuz heç bir şey görmür. Bununla belə, hüquqşünaslar və müsəlman icmaları arasında son həftə ərzində bu kimi əməliyyatların qanuni olub-olmaması ətrafında qızğın mübahisələr başlayıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Nyu-Yorkda islamçı ekstremistlərin təqibi ucbatından sadə müsəlmanlar əziyyət çəkməkdədir. Şəhər meri Maykl Blumberq hələ də müsəlman icmalarının məxfi şəkildə izlənilməsi siyasətini dəstəkləyir. Belə ki, radioya verdiyi həftəlik müsahibədə Blumberq potensial təhlükənin müəyyənləşməsi məqsədilə polisin gizli monitorinqləri davam etdirəcəyini vurğulayıb.

“Nyu-York polisinin həyata keçirdikləri qanunidir, məqsədəuyğundur və konstitusiyaya da zidd deyil. Onlara Nyu-York hüdudlarından kənarda belə istintaq işləri aparmaq səlahiyyəti verilib. Onlar hər hansı bir qanunsuz fəaliyyəti və belə fəaliyyətlərə istənilən zəmini aşkar etmək üçün interneti səhifələyə və televiziyaya baxa bilər. Biz ayrı-ayrı fərdləri dini baxış və irqi mənsubiyyətlərinə görə hədəfə almırıq”, deyə Maykl Blumberq bildirib.

Bununla belə, hüquqşünaslar və müsəlman icmaları arasında son həftə ərzində bu kimi əməliyyatların qanuni olub-olmaması ətrafında qızğın mübahisələr başlayıb.

“Bu, konstitusiyaya ziddir, bu, Amerika ənənələrinə ziddir. Əgər buna zəmin olsa, heç şübhəsiz araşdırmanın aparılmasının tərəfdarıyam. Ölkənin təhlükəsizliyi birinci gəlir. Ancaq bunun üçün vətəndaş azadlıqlarını təhlükəyə atmaq düzgün deyil”, deyə İslam Mərkəzindən Məhəmməd Əl Filali bildirib.

Bir çoxları məxfi müşahidələrin və təqiblərin sistematik olduğundan və müsəlmanlara məxsus bizneslərin, məscidlərin və onlarda toplanan insanlar haqqında müvafiq qeydlərin aparıldığından gileylidir.

“Özümü necə hiss edirəm? Əlbəttə ki, hüquqları pozulmuş biri kimi. Mənim şəxsi həyatıma müdaxilə etməyə keç kimin ixtiyarı yoxdur. Halbuki onlar belə də edirlər. Mən belə hallara son qoymaq istəyirəm, bu kimi əməllərdə əli olanları taparaq, məsuliyyətə cəlb etmək istəyirəm", deyə müsəlman vətəndaş bildirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır