Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Livan “Hizbullah” təşkilatın Lideri Şeyx Həsən Nəsrullah Azərbaycandan danışıb. Şeyx Həsən Nəsralla Beyrutdakı çıxışı zamanı bildirib ki, təşkilatın Azərbaycanda bazasının olmamasından təəsüflənir.
Beyrutda videokonfrans vasitəsilə tərəfdarlarına müraciət edən Seyyid Həsən Nəsrullah qərbin Suriya böhranındakı rolu haqda danışıb.
O deyib ki, ABŞ və digər Qərb ökələri Suriyaya qoşun göndərmək istəmir, ancaq münaqişəni daha da qızışdırmaq üçün müxaliflərə hərbi yardım təklif edir. Onun fikrincə, bəziləri Suriyadakı böhranın sona çatması üçün siyasi yolları əngəlləyir.
Livan “Hizbullah” təşkilatın Lideri əhalisinin əksəriyyəti şiələr olan Bəhreyndə də zalım hakimiyyət əleyhinə etirazların genişləndiyini deyib, ancaq o əlavə edib ki, istənilən halda bu böhran da siyasi yolla həll edilməlidir.
Daha sonra Seyyid Həsən Nəsrullah ABŞ xüsusi xidmət orqanlarının “Hizbullah”ın Afrika ölkələrindən tutmuş Azərbaycana qədər dünyanın ən müxtəlif yerlərində bazalarının olduğu barədə iddialarına münasibət bildirib: “Amerikalılar deyirlər ki, ”Hizbullah"ın Afrikada və Azərbaycanda da bazaları var. Mən təəsüflənirəm ki, bu doğru deyil".
Qeyd edək ki, “Hizbullah”ın Azərbaycanda bazalarının olması barədə bir gün əvvəl böyük şeytan adlanan ABŞ xüsusi xidmət orqanlarının rəsmiləri bildiriblər. Federal Təhqiqatlar Bürosunun rəsmiləri deyiblər ki, güya İran “Hizbullah” vasitəsilə ABŞ-da terror və sui-qəsdlər həyata keçirə bilər. Həmçinin İsrailin BMT-dəki səfiri Ron Prosor Təhlükəsizlik Şurasında çıxışı zamanı “Hizbullah”ın Qərbi Afrika ölkələrində “siyasi dəstəyə” malik olduğunu, bu bölgədən İsrailə qarşı terror hücumları hazırlamaq üçün istifadə etdiyini deyib.
Xatırladaq ki, həqiqətisə həmişə olduğu kimi əksinədir. Məzlum sionistlər deyil məhz İslam və onun hakimiyyətini qoruyanlardır.
Diqqətinizə çatdırmaq istərdik ki, məhz işğalçı irail casusları tərəfindən son iki ildə İran İslam Respublikasının nüvə alimləri terror edilib. Və yaxalanmış terrorçular Bakıda terror təlimatlarının almalarına da etiraf etmişlər.
Faktla bağlı İslam Respublikası rəsmi Bakıdan açıqlama tələb edir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır