Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən əliyevlər rejimində Məscidafobiya özünün yeni mərhələsinə qədəm qoyub. Belə ki, Məscidlə savaşa qalxmış əliyevlər Yasamal rayonundakı “Muhəmməd Məscidi”n, Neft Daşlarındakı Məscidi dağıdaraq yerlə yeksan etdikdən sonra, Günəşli qəsəbəsində yerləşən “Xanım Fatiməyi Zəhra” Məscidini dağıtmaq istədikdə Dindarların müqaviməti ilə üzləşdi. Belə halda mövcud rejim hiyləyə əl ataraq “Xanım Fatiməyi Zəhra” Məscidin “təmir” adı ilə xalqın üzünə bağladı. Artıq bu hadisədən üç il ötür. Plan dolmayıb. Axı əliyevlər bədnam Evrovisiona hazırlaşır. “Geylərin” kefini pozan hər bir şey yox edilməlidir.
əliyevlər indi də dügər hiyləyə əl ataraq Məscidləri yandırmaqla bir-bir sıradan çıxardır.
Aldığımız əlumata görə Saatlı rayonunun mərkəzində yerləşən İmam Əli Məscidi yanıbırılıb.
Bu barədə yerli sakinlər məlumat verib. Məlumatda bildirilir ki, məsciddə yanğın axşam saatlarında başlayıb. Başlayan güclü yanğının qarşısını almaq mümkün olmayıb. Hadisə yerinə rayonun yanğınsöndürənləri cəlb olunub. Buna baxmayaraq, məscidin tamamilə yandığı bildirilir.
Qeyd edək ki, Məscidin 600 nəfərlik tutumu varmış
Xatırladaq ki, 21 Fevral 2012 tarixində Xaçmaz rayonun Qaracəli kəndində də məsciddə yanğın baş verib.
Yanğın nəticəsində 50 kvadratmetrlik məscidin 40 kvadratmetrlik hissəsi yanıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır