Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən ABŞ işğalçılarının İraqı tərk etməsi ilə yanaşı bu qüvvələrin amilləri İraqda stabilliyi pozmaqdan ötrü hər bir vastələrə əl atırlar.
Məlumatımıza görə bu gün düşmən qüvvələr İraqın bir neçə məntəqəsində qanlı terror aktları həyata keçirdiblər. Hadisə zamanı çoxlu sayda həm Şiə həm də Sünni məzhəbinin ardıcılları terrorun qurbanına çevriliblər.
Bağdadın cənub məntəqəsində yerləşən “əbu-Dəşir” bölgəsində partladıcı maddə ilə təchiz olunmuş iki avtomabil və əllə qurulmuş bir bomba, Bağdadın mərkəzində yerləşən “əl-Kəradə” məntəqəsində partladıcı maddə ilə təchiz olunmuş iki avtomabil, “əl-Biya” məntəqəsində partladıcı maddə ilə təchiz olunmuş bir avtomabil, Bağdadın şimal bölgəsində yerləşən “əl-Taci” şəhərində partladıcı maddə ilə təchiz olunmuş iki avtomabil, Kazimeyn şəhərində partladıcı maddə ilə təchiz olunmuş bir avtomabil, Bağdadın qərb hissəsində yerləşən “əl-Mənsur” məntəqəsində partladıcı maddə ilə təchiz olunmuş bir avtomabil, Bağdadın şimalında yerləşən “Səbul Bur” məntəqəsində partladıcı maddə ilə təchiz olunmuş bir avtomabil partladılaraq xeyli sayda insanlar müxtəlif dərəcəli xəsarətlər almış və şəhid edilmişdir.
Qeyd edək ki, Bağdad hadisələri ilə yanaşı Kərkuk vilayətində də partladıcı maddə ilə təchiz olunmuş iki avtomabil partladılaraq 15 iraqlının ağır yaralanması bildirilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır