Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası İngiltərə və Fransaya xam neft ixracını dayandırıb. Bu barədə İran İslam Respublikasının Xarici İşlər və Neft Nazirlikləri məlumat yayıb.
Onların məlumatına görə, artıq Fransa və İngiltərənin neft şirkətlərinə xam neft və neft məhsulları satılmayacaq.
İran İslam Respublikası rəsmi qurumları ölkələrinin neft satmaq üçün müştəri axtarışında olmadıqlarını bildirərək, bundan sonra İngiltərə və Fransanın əvəzinə başqa ölkələrinə xam neft satılacağını deyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır