15 fevral 2012 - 20:30

Polis olayın terror aktı olaraq İsrail rəsmilərinə qarşı olmasını təmamilə təkzib edib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bazar ertəsi günü Taylandın Paytaxtı Bankok şəhərində 3 partlayış hadisəsi baş vermişdi. Ölən olmasa da 5 nəfər müxtəlif dərəcəli xəsarət almışdı.

Qərb və İsrail mediaları olayın İran tərəfindən İsrail rəsmilərinə qarşı törədildiyini iddia etsələr də, Tayland polisi yayılan məlumatı təmamilə təkzib edib.

Bankokun polis rəisi Çampul Silaparça bununla bağlı deyib: “Araşdırmalar nəticəsində xaricdən bir neçə nəfərin ölkədə müəyyən partlayış aktları törətmək üçün gəlmələri aydınlaşıb. Amma onların İran və İsrailə heç bir aidiyyətləri yoxdur”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır