12 fevral 2012 - 20:30

İnanclı Məmməd Əsgərov və Toğrul İsgəndərovun apellyasiya şikayətinə baxılması fevralın 15-dək təxirə salınıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən əliyevlər rejimi “Hicaba azadlıq” aksiyasına görə məhkum olunmuş Məmməd Əsgərov və Toğrul İsgəndərovun apellyasiya şikayətinə baxılmasını fevralın 15-dək təxirə salıb.

Prosesə sədrlik edən Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulov şikayətçilərdən birinin müdafiəçisi prosesə qatılmadığına görə belə qərar qəbul edib.

əliyevlər onları Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) ŞƏRLƏYƏRƏK ittiham etmiş və 2011-ci il dekabrın 5-də Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Məmməd Əsgərov və Toğrul İsgəndərovu 3 il müddətinə azadlıqdan məhrum etmişdir.

Xatırladaq ki, “Hicaba azadlıq” aksiyası ötən il mayın 6-da Təhsil Nazirliyinin qarşısında keçirilib. Aksiyaya görə 15 nəfər məhkum olunub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır