5 fevral 2012 - 12:43

Niyə Zaman bu cür xəbərlərə prioritet verir? Nədir Türkiyə üzərində oynanmaq istənən əsl oyun? Hansı imtahan ərəfəsindəyik ki, Zaman qəzeti ABŞ və İsrailin İrana diş qıcırtdığı bir dövrdə bədgümanlığa səbəb olacaq xəbərləri nəşr etməkdən imtina etmir?... Öncədən bu cür işləri Türkiyədəki Amerika nökərləri edirdi. İndi isə görünür o ki tender ‘İslamçılara' qalmış.

Əhli Beyt -ABNA- xəbər agentliyi- Gazeteciler.com-da Cenk Açıq imzası ilə nəşr olunan bir məqalədə Zaman qəzetinin nəşr etdiyi bir xəbərin İsrail rejiminin mötəbər qəzetlərindən biri olan Haaretzdə baş səhifədə özünə yer aldığından yazılır.

 "İran Türkiyədəki ABŞ səfirliyinə hücum planlaşdırır" başlıqlı xəbərin İsrail baxımından əhəmiyyəti aləmə bəlli ikən bu xəbərin necə və nə üçün Zaman qəzetində yer tapa bilməsini diqqət çəkən məqalədə Türkiyədəki dindar kəsim üçün "acınacaqlı bir halı" xarakterizə etməsi nədəndir!?

Cenk Açıq imzalı o məqalə:

İsrail rejiminin mötəbər qəzeti “Haaretz”in ilk səhifəsində maraqlı bir xəbər gördüm.

Xəbəri maraqlı edən məzmunundan çox qaynağı idi.

Haaretz xəbəri "İran Türkiyədəki ABŞ səfirliyinə hücum planlaşdırır" başlığıyla nəşrə vermişdi. Xəbərin qaynaqı isə Zaman qəzeti idi. Yəni Zaman qəzetinin nəşr etdiyi bir xəbər İsraildə də çap olmuşdu.

Bu, Zaman qəzetinin İranla əlaqədar ilk xəbəri deyil. Son bir neçə aydır Zaman qəzetində İranla əlaqədar xəbərlərdə qəribə bir artım görünür.

Misal üçün ötən günlərdə Zaman "İrandan Suriyaya silah daşıyan Tirlarin" Türkiyədə dayandırıldığını başlıq etmişdi.

Öncədən bu cür, yəni dezenformasyon xəbərləri biz Azadlıq, Respublika, Milliyyət kimi medialarda oxuyurduq. Zaman kimi mühafizəkar qəzetlər isə tam əksinə olaraq, bu cür xəbərlərdəki dezenformasyanı taparaq oxucunun diqqətinə çəkərdi.

Lakin bu səfər hər şey tam fərqlidir. Görünür ki, Türkiyədə rollar dəyişdi.

Yaxşı nə olur? Niyə Zaman bu cür xəbərlərə prioritet verir? Nədir Türkiyə üzərində oynanmaq istənən əsl oyun? Hansı imtahan ərəfəsindəyik ki, Zaman qəzeti ABŞ və İsrailin İrana diş qıcırtdığı bir dövrdə bədgümanlığa səbəb olacaq xəbərləri nəşr etməkdən imtina etmir?

Çünki biz bilirik ki dindar seqmentin və yaxud mühafizəkarların əleyhinə ola biləcək xəbərlər, doğru olsa belə Zaman qəzetində bu asanlıqla işığ üzü görmür.

Zaman qəzeti hər an belə xəbərlərə qadağar qoymaqda davam edir. Belə ki, bu səfər ABŞ və İsrail rejimin daxilində olduğu bir məsələdə Zaman qəzeti gözünü kırpmadan İran əleyhinə ictimaiyyəti meydana gətirməyə çalışmaqdan imtina etmir.

Sizcə bu qəribə doğuran vəziyyət deyilmi?

Zaman qəzeti İran əleyhinə bu cür xəbərlərin Türk mediasında yayılmasında o qədər həvəslidir ki, qəzetin redaktoru Əkrəm Tüstü nəşr etdiyi yazısında Türk mediasının İran məsələsinə laqeydliyindən şikayət edib "mediaların bu xəbərlərə nə üçün maraq göstərmədiyini" soruşur.

Sizcə bu Türkiyədə rol dəyişikliyi deyilmi?

Yəni özlərinin göstərdiyi səylər az deyilmiş ikən Türk mediasının İran xəbərlərinə maraqsız tutumundan da şikayət edirlər.

Diqqətsizliyin ölçüsünü görürsünüzmü?

Maraqlıdır, nədir bu səyin altında yatan əsl dərd?

Həqiqətən Türkiyədə dindar kəsim acınacaqlı bir haldadır. Qabaqkı dövrlərdə şikayət etdikləri nə qədər narahat edici tutum, tərz, davranış, səy var idisə indi hamısını bir-bir özləri həyata keçirməkdən geri qalmırlar.

Bir qisim mühafizəkar media "Suriyadakı vəziyyətin acınacaqlığını" bizə qandırmaqdan ötrü çalışarkən, bir qisimi də İranı gözümüzdən salmağa səy edir.

Öncədən bu cür işləri Türkiyədəki Amerika nökərləri edirdi. İndi isə görünür o ki tender ‘İslamçılara' qalmış. Bunu edərkən üstəlik heç belə xəcalət də çəkmirlər. Bu etdiklərini kimsədən gizlətməyə də ehtiyac duymurlar.

Məsələnin diqqət çəkən bir başqa tərəfi də Zaman qəzetinin İran əleyhinə xəbərləri həvəs və həyəcanla nəşr etdiyi anda bir müddət bundan qabaq mətbuata sızan "ABŞ əsgərlərinin Taliban cəsədlərinin üzərinə sidiklərini axıtması" xəbərini işıqlandırmamasıdır.

Yəni ABŞ əsgərlərinin çirkinliyi Zaman qəzetində xəbər olmadı. Oldusa da çox mülayim şəkildə istifadə edildi, mən ki, görmədim.

Nəysə, əsl məsələ Zaman qrupunun necə bir hesab güddüyüdür. Bu mövzuda bir şərh edəcəklərinə ehtimal vermirəm.

Lakin Türkiyədə əldə edilən ‘gücün ancaq ABŞ ilə qurulan ‘möhkəm' əlaqə sayəsində mühafizə edilə bildiyini bilirik.

Kimisi Suriyanı yem edərək iqtidarını qorumağa çalışar, kimisi də İran mövzusunda bu ölkənin düşmənləri ilə ortaqlığa gedərək iqtidarını qorumağa çalışır.

İşin ən maraqlı yanı isə ‘iqtidar üçün' bir-birini xərcləyənlərin ortaq məxrəcinin ‘din' qaynaqlı şəxsiyyət olmasıdır.

www.twitter.com/acikcenk

 


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır