26 yanvar 2012 - 20:30

Əddəyb qaniçən hüsnü namubarəkin cəlladlığını müdafiə edərək ona bəraət qazandırdığına görə məzlum xalq kütləsinin qəzəbindən hürküyərək Misirdə olan mülklərinin satıb Fransaya qaçmışdır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən hüsnü namübarəkin vəkili Fərid Əddəyb ölkədən fərar edib.

əl-Əxbar qəzetinin verdiyi məlumata görə, Əddəyb Qahirəni tərk etdikdə ilk öncə Beyruta fəraqət övqatını keçirtməkdən ötrü getmiş sonra isə oranı da tərk edərək müalicəsinin davamını almaqdan ötrü Fransaya getmişdir.

Lakin digər mediya vastələri isə Əddəybin qaniçən hüsnü namubarəkin cəlladlığını müdafiə edərək ona bəraət qazandırdığına görə məzlum xalq kütləsinin  qəzəbindən hürküyərək Misirdə olan mülklərinin satıb qaçmasından xəbər verir.

Qeyd edək ki, Fərid Əddəyb hüsnü namubarəkin keçirildiyi üç məhkəmə prossesində qanlı 25 yanvar hadisələrində baş vermiş qətillərdən və eləcə Misirin İşğalçı İsrailə qaz kəmərinin  çəkilişindən bixəbər olduğunu iddia dərək onun günahsız olduğunu idia etmiş və üstəlik namübarəki prezidentliyindən öncə tutduğu hava qüvvəri korpusunun geniral rütbəsinə qaytarılaraq bu vəzifədə çalışmasını tələb etmişdir.

Xatırladaq ki, Əddəyb ölkə təzahüratçılarını amansızcasına qətlə yetirməkdə bilavasitə əli olmuş Misirin keçmiş Daxili İşlər Naziri Həbib əl-Adili də müdafiə etmiş, məhkəmədə müvəkkilinə bəraət qazandıran anacan  çalışacağına söz vermişdir.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır