25 yanvar 2012 - 20:30

Müstəntiq Arif Qəniyevə 2 il 6 ay həbs cəzası verilməsini təklif edib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən dünən Sumqayıt Şəhər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədr müavini Arif Qəniyevin işi üzrə proses keçirilib.

Vəkil Anar Qasımlının İslamazeri.az-a verdiyi məlumata görə, prokuror Arif Qəniyevə 2 il 6 ay həbs cəzası verilməsini təklif edib. Anar Qasımlı müdafiə çıxışına hazırlaşmaq üçün hakim Zeyqəm Hüseynovdan vaxt istəyib. Proses yanvarın 26-da davam edəcək.

Qeyd edək ki, Arif Qəniyev ötən ilin avqustunda MTN tərəfindən zorakılıqla saxlanılmışdır. Onu Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə şərləyərək həbs etmişlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır