24 yanvar 2012 - 08:13

O, Bakı şəhər sakini, 23 yaşlı Xəqani Sahib oğlu İmamverdiyevdir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Pakistanda ABŞ-a məxsus pilotsuz təyyarələrin endirdiyi hava zərbəsi nəticəsində 5 TALİBAN öldürülüb. Onların arasında bir Azərbaycan vətəndaşı da var. O, Bakı şəhər sakini, 23 yaşlı Xəqani Sahib oğlu İmamverdiyevdir. Naməlum şəxslər Pakistandan Taliban yararlısının atasına zəng edərək, ABŞ qüvvələrinin hücumu zamanı onun oğlunun da “şəhid” olduğunu bildiriblər.

Qeyd edək ki, bu artıq mediyaya məlum olan ikinci azərbaycanlı Sələfi terrorçusudur ki, Pakistan və Əfqanıstanın daxili işlərinə dəxalət etdiyi zaman öldürülüb. Bir müddət öncə isə daha bir azərbaycanlı talibançının Quantanamo həbsxanasında saxlanıldığı bildirilmişdir “Taliban”ın azərbaycanlı döyüşçüsünün dosyesi açıqlanıb.

Xatırladaq ki, Azərbaycan rəsmilərinin terrorizimi himayə etmələri artıq dünya səviyyəsində qalma-qala səbəb olmuşdur. Belə ki, İran İslam Respublikasının atom eneji sahəsində çalışan sülhməramlı alim və professorlarının 4-dünü şəhid edənlərdən bir neçəsi, terror məşqlərini məhz Azərbaycan respublikasının paytaxdı Bakıda ABŞ və İsrail zabitlərindən öyrədiklərinə etiraf etmişlər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır