13 yanvar 2012 - 20:30

Şeyx Həmzənin İlahi Şəxs olmasının bariz nümunələrindən biri onun 15 yaşından bəri 80 il ərzində daim vacibi Həcc ziyarətin yerinə yetirməsi olmuşdur.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: 11 yanvar 2012-ci il tarixində Mədinə şəhərinin “Quran Alimi” 110 yaşlı Şeyx Həmzə Müslim ibn Ud fani dünya ilə vidalaşmışdır.

Bu Şiə alimi öz bərəkətli ömrünü Quran Dərslərinin verilməsinə sərf etmişdir. Şeyx Həmzənin İlahi Şəxs olmasının bariz nümunələrindən biri onun 15 yaşından bəri 80 il ərzində daim vacibi Həcc ziyarətin yerinə yetirməsi olmuşdur. Yaxınlarının dediyinə əsasən bu ilki Həcc Ziyarətinə səhhəti ilə bağlı gedə bilmədiyindən ötrü bütün mövsüm boyu heyfslənərək ağlamışdır.

“Quran Alimi” Şeyx Həmzə Müslim ibn Udun pak cəsədi yanvarın 12-də yuyularaq Höccətul İslam vəl Muslimin Şeyx Kazim əl-Əmri tərəfindən dəfn edilmişdir.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır