Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Yanvarın 13-də Bakı Apelyasiya Məhkəməsində ilahiyyatçı Abgül Süleymanovun həbs müddətinin uzadılmasından verilən şikayətə baxılıb. Saat 15:00-da başlayan məhkəməni hakim Faiq Qasımov aparıb.
İlahiyyatçının vəkili Anar Qasımlının İslamazeri.az-a verdiyi xəbərə görə, məhkəmə vəsatəti təmin etməyib.
Qeyd edək ki, Səbail Rayon Məhkəməsi 2011-ci il dekabrın 27-də Abgül Süleymanov haqqında həbs qətimkan tədbirinin daha 3 ay müddətinə uzadılmasına qərar verib. İstintaqı aparan Milli Təhlükəsizlik Nazirliyi həbs müddətinin uzadılmasına əsas kimi Abgül Süleymanovun “İslamazeri.az” saytının baş redaktor Ramin Bayramovun işi üzrə şahid qismində ifadə verməli olduğunu göstərib.
Xatırladaq ki, Abgül Süleymanova 234.4.3-cü maddə ilə (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ŞƏRLƏNƏRƏK ittiham verilib. O, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə də (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) ŞƏRLƏNƏRƏK günahlandırılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır