6 yanvar 2012 - 20:30

İqtidar qruplaşmaları arasında rejimin varislik planı üzərində yenidən bölüşdürülməsi qovğası başlayıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycanda siyasi ab-havanın hər gün hiss olunacaq qədər dəyişməsi və xalqın siyasi aktivliyinin ötən illərə müqayisədə nisbətən artması hakimiyyət düşərgəsində təşviş hissləri yaradır. Müxtəlif qruplaşmalarmalara parçalanmış hakimiyyət düşərgəsinin əsas qanadlarından biri olan Naxçıvan qruplaşmasının artıq həyacan təbili çaldığı bildirilir.

Əldə etdiymiz məlumatda bildirilir ki, Naxçıvan qruplaşması «cin butulkadan çıxmadan» həm sərt tədbirlərin həyata keçirilməsini, həm də eyni zamanda kisənin ağzını açmağı təklif edir.

Naxçıvan qruplaşması müxalifətə qarşı daha sərt tədbirlərin həyata keçirməklə yanaşı, kasıb əhalinin qazancının arıtırılması üçün tədbirlərin həyata keçirilməsi təklifini irəli sürür. Söhbət kasıb və narazı əhalinin müəyən qədər işlə təmin olunmasından, ünvanlı sosial yardımların verilməsində olan əngəllərin ortadan qaldırılmasından, kənd təsərrüfatına olan dövlət qayğısının artırılmasından və s. tədbirlərin ələ alınmasından gedir.

Mənbə bildirir ki, hakimiyyətin islahatçı qanadı kimi tanınan qruplaşma isə, hakimiyyətə yeni nəfəs gətirmək üçün hökümətin böyük əksəriyyətini dəyişdirməklə bu planı dəstəkləyir. Onların fikrincə yaxın bir il müddətində hökümətin dəyişdirilməsi və yenilənməsi hakimiyyətə ən azından 5 il rahatlıq gətirəcək. İslahatçı qanad hakimiyyətin bütün qanadlarında ciddi kadr dəyişikltyinin aparılması kimi çıxış edir ki, bu da təbii olaraq Naxçıvan qruplaşmasını narahat edir. Naxçıvan qruplaşması israrla hökümət dəyişiklinə qarşı çıxır. «Köhnə qvardiya» bu planın onlara qarşı olduğunu yaxşı anlayır və bütün gücü ilə bu plana qarşı çıxır.

Mənbə hesab edir ki, ola bilsin, hakimiyyət qruplaşmaları razılığa gəlsinlər və yeniləşmiş hakimiyyətin qruplar arasında bölüşdürülməsi baş versin. Bu halda indiki proporsiyanın qorunub saxlanması bu prossesin reallaşmasına əsas maneədir. Çünki bütün qruplaşmalar həm öz yerlərini qoruyub saxlamaq, həm də öz güclərini bir qədərdə artıqmağı düşünürlər. Bu isə razılığın əldə olunmasını problemə çevirir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır