Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Fələstin torpaqlarını işğal etmiş İsrail rejimin sabiq baş naziri Ehud Olmertə “Holyland” adlı tikinti şirkətinin iş üzrə korrupsiya ittihamı irəli sürülüb.
“The Jerusalem Post” qəzetinin məlumatına görə, Olmert Yerusəlim şəhərinin meri olarkən tikinti layihələrinə dəstək müqabilində rüşvət almaqda ittiham edilir. Rüşvətin ümumi məbləğinin 260 min dollar olduğu bildirilir.
Eyni iş üzrə keçmiş baş nazirin dəftərxana müdiri Şule Zaken və Yerusəlimin sabiq meri Uri Lupolyanskiyə də ittiham irəli sürülüb.
Xatırladaq ki, 01/09/2009 tarixində sionist rejim İsrail baş prokuroru Menahem Mezuzun bürosundan verilən açıqlamada isə, Olmert "fırıldaqçılıq, fəzifə səlahiyyətindən sui-istifadə, saxta sənəd təşkil etmək və hiyləgərliklə qazanılan gəlirlərin saxlanması" kimi günahlandırmalar yer almışdır.
Qeyd edək ki, bu yalnız sionist rəsmilərinin xırda cinayətləridir ki, yerli mətbuatda işıq üzün görür...
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır