1 yanvar 2012 - 13:12

İran İslam Respublikasının hərbi-dəniz qüvvələrinin komandiri Mahmud Musəvi: “Qədr” adlı uzun mənzilli raket qurudan dənizə sınaq atışını reallaşdırıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respublikasının hərbi-dəniz qüvvələri dekabrın 24-də Hörmüz boğazında 'Vilayət -90' adı altında 10 günlük təlimlərə başlayıb. Manevrlər zonası Hörmüz boğazından Oman körfəzinədək olan beynəlxalq sularda 2 min kvadrat kilometr ərazini əhatə edir.

İran İslam Respublikasının hərbi-dəniz qüvvələrinin komandiri Mahmud Musəvinin açıqlamasına görə, “Qədr” adlı uzun mənzilli raket qurudan dənizə sınaq atışını reallaşdırıb. Raket, Fars Körfəzindəki təyin olunan hədəfi müvəffəqiyyətlə məhv edib.


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır