1 yanvar 2012 - 15:42

Yer-hava tipli raketın sınağı Hörmüz boğazında təlimlər çərçivəsində keçirilib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respublikası hərbçiləri Hörmüz boğazında keçirilən təlimlər çərçivəsində orta mənzilli yer-hava tipli raketi uğurla sınaqdan keçirib.

İran İslam Respublikası hərbi-dəniz qüvvələrinin komandiri Mahmud Musəvi raketin ən son texnologiya və kəşfiyyat sistemləri ilə təhciz olunduğunu bildirib.

Xatırladaq ki, İran İslam Respublikasının hərbi-dəniz qüvvələri dekabrın 24-də Hörmüz boğazında 'Vilayət -90' adı altında 10 günlük təlimlərə başlayıb. Manevrlər zonası Hörmüz boğazından Oman körfəzinədək olan beynəlxalq sularda 2 min kvadrat kilometr ərazini əhatə edir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır