1 yanvar 2012 - 14:38

Haşim Səidin şəhadəti ilə Bəhreyn xalq azadlıq hərakatının şəhidləri 56 nəfərə çatmışdır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: 31 dekabr 2011-ci ildə sionist muzduru vəhhabi Ali Xəlifə rejim çinovnikləri bir iddə bəhreynli cavanların üzərinə maşınla hücum edərək bir nəfəri güllə yarası ilə şəhadətə çatdırıblar.

Müxbirimizin verdiyi məlumata görə, 15 yaşlı yeni-yetmə Seyyid Haşim Səid İsa dünən şənbə günü saat 16:00 radələrində vəhhabi Ali Xəlifə rejim jandarmları tərəfindən “Cəzirətu sitrə” məntəqəsində qulaq və boyun nahiyyəsindən ağır güllə yarası alaraq və göz yaşardıcı qaz ilə zəhərlənib. Yeni-yetmənin yaralı cəsədi uzun müddət torpaq üzərində köməksiz halda qaldıqdan sonra onu Səlmaniyyə xəstəxanasına çatdırmışlar. Lakin həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmamışdır.

Haşim Səidin şəhadəti ilə Bəhreyn xalq azadlıq hərakatının şəhidləri 56 nəfərə çatmışdır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır