Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: 2011-ci il Azərbaycanın dindar kəsimi üçün yanvarın 2-dən başlnadı. Həmin gün Azərbaycan İslam Partiyasının Baş Məclisində çıxış edən partiya lideri Doktor Mövsüm Səmədov Azərbaycnı bürümüş korrupsiyanı, iqtidarda baş verən pozğunçuluğu, sosial proplemlərə məhəl qoyulmamasın və dini qadağalara eləcədə orta məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyərək Azərbaycan xalqını “ayağa qalxmağa, zalım rejimə son qoymağa” çağırdı.
Belə demək mümkünsə, yanvarın 2-dən başlanan islami il dekabrın 23-də başa çatdı. Həmin gün məhkəmə mayın 6-da Bakıda keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə təqsirləndirilən iki nəfəri azadlıqdan məhrum etdi. İl ərzində daha əvvəl 23 dindar bu aqibəti yaşamışdı.
2011-ci ildə azadlıqdan məhrumetmə cəzasına məhkum olunan 24 islamçıya üst-üstə 113 il 6 ay iş kəsilib. Ən ağır cəzanı 2011-ci ilə iqtidarda baş verən özbaşnaçılıqlara sərt çıxışla başlayan Doktor Mövsüm Səmədov alıb:
Höccətul İslam Qismət İsayev - 1 il;
Azərbaycan İslam Partiyasının (AİP) lideri Mövsüm Səmədov - 12 il;
AİP Astara rayon təşkilatının sədri Rufulla Axundzadə - 11 il 6 ay;
AİP sədrinin müavini Vaqif Abdullayev - 11 il;
Höccətul İslam Fəramiz Abbasov - 11 il;
Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev - 10 il;
Mövsüm Səmədovun əmisi oğlu Dəyanət Səmədov - 10 il;
Höccətul İslam Zülfüqar Mikailzadə - 11 il;
Höccətul İslam Fəxri İlyasov - 3 il 6 ay;
ilahiyyatçı Həsən Məmmədov - 3 il 6 ay;
Höccətul İslam Azər Cəbiyev - 2 il 6 ay;
Ruhani İlqar Musayev - 3 il;
Hicab məhbusu Toğrul İsgəndərov - 3 il;
Hicab məhbusu Məmməd Əsgərov - 3 il;
Hicab məhbusu Araz İsmayılov - 2 il 6 ay;
Hicab məhbusu Nurani Məmmədov - 2 il;
Hicab məhbusu Rüfət Miriyev - 2 il;
Hicab məhbusu Mais Abdullayev - 1 il 6 ay;
Hicab məhbusu Rəşad Vəliquliyev - 1 il 6 ay;
Hicab məhbusu Tərlan İsmayılov - 1 il 6 ay;
Hicab məhbusu Taleh Ələkbərov - 1 il 6 ay;
Hicab məhbusu Çingiz Novruzov - 1 il 6 ay;
Hicab məhbusu höccətl İslam Taleh Bağırov - 1 il 6 ay;
Hicab məhbusu Elşən Abbasov - 1 il.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır