23 dekabr 2011 - 20:30

Müdafiə Nazirliyi sınağın uğurlu keçdiyini açıqladı.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Rusiya nəhayət "Bulava" raketini sınaqdan keçirməyi bacarıb.Moskvanın bu dəfə raketi sınaqdan keçirməyə müvəffəq olduğu bildirilib.Müdafiə Nazirliyi sözçüsü İqor Konaşenkov çox sayda döyüş başlığı daşımaq qabiliyyəti olan 12 metr uzunluğundakı raketin ölkənin şimal-qərbində - Ağ Dənizdə "Yuri Dolqorukiy" adlı dənizlatı atom gəmisindən fırladıldığını və 6 min kilometr uzaqlıqdakı Kamçatka yarımadasındakı hədəfi uğurlu şəkildə, zamanında vurduğunu bildirib.Rusiyanın "Bulava" ilə həyata keçirdiyi 14 sınaq müvəffəqqiyyətsizliklə başa çatmışdı.1945-ci ildə Xirosimaya atılan atom bombasından 100 dəfə güclü olan, 6-10 döyüş başlığını eyni anda fırlada bilən "Bulava"nın ağırlığı 36,8 ton, mənzili isə 8 min kilometrdir.ABŞ ilə 2009-cu ildə imzalanan Strateji Hücum Silahlarının Məhdudlaşdırılması (START 2) sazişi ilə uzaqmənzilli raketlərini məhdudlaşdırmağı qəbul edən Rusiya "Bulava"nın gələcəkdə müdafiəsinin ən önəmli elemeti olacağını bildirmişdi.  Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır