23 dekabr 2011 - 20:30

Admiral Həbibullah Səyyari:“...İran İslam Respublikası dəniz qoşunlarının bu manevri hərbi taktika və məşqlər baxımından düşmənin təhdidlərinə münasib tərzdə həyata keçiriləcək.

"Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respublikası dəniz donanması bu gün səhər ölkənin cənub sularında Vilayət-90 manevrinə başlayıb.Vilayət-90 manevri 4 mərhələdə həyata keçəcək. Belə ki, manevr bu gündən etibarən 2012-ci il yanvarın 3-nə qədər davam edəcək.İran İslam Respublikası dəniz qüvvələrinin komandanı admiral Həbibullah Səyyari manevr başlamazdan əvvəl mətbuat konfransında əməliyyat dairəsinin genişliyini manevrin özəl xüsusiyyətlərindən olduğunu bildirib və deyib: "Bu manevr İranın cənub sularından Hind okeanının şimalına qədər davam edəcək."İran İslam Respublikası dəniz qüvvələrinin komandanı admiral Həbibullah Səyyari manevrin geniş məkan dairəsi və təchizatının özəlliyini vurğulayaraq digər manevrlərlə müqayisədə çox fərqli olduğunu bildirib və deyib: "Bu manevrdə İran İslam Respublikası ordusunun yeni nailiyyətləri, bacarıqları və potensialları nümayiş etdiriləcək. İran İslam Respublikası dəniz qoşunlarının bu manevri hərbi taktika və məşqlər baxımından düşmənin təhdidlərinə münasib tərzdə həyata keçiriləcək."İran İslam Respublikasının azad sularda hərbi qüdrətini nümayiş etdirməsi, beynəlxalq sularda daha artıq iştirakı, manevr dairəsində gəmilərə nəzarət, dənizçilik sahəsində ekoloji təhdidlər və təhlükəsizliyin təmini, həmçinin dəniz piratları və terrorizmlə mübarizə Vilayət-90 hərbi manevrinin məqsədlərindəndir. Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır