20 dekabr 2011 - 20:30

Əhmədinejad: Məqsədyönlü sosial yardım müvəffəqiyyət qazandı

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respublikasının prezidenti İranda məqsədyönlü sosial yardım layihəsinin icrasını müvəffəqiyyətli olduğunu vurğulayıb.

İRNA-nın məlumatına əsasən, Mahmud Əhmədinejad bu gün İran İslam Respublikasında məqsədyönlü sosial yardım layihəsinin icrasının ilk konfransında deyib: Bu layihənin dünyanın hər bir guşəsində icra qabiliyyəti vardır və İranın iqtisadi təfəkkür prinsiplərini təsir altına salıb.

İran İslam Respublikası prezidenti bu layihənin icrası ilə İranın potensialları və daha böyük layihələrin icrasında bacarığının sübuta yetdiyini qeyd edərək deyib: Bu qanunun icrası ilə İran xalqının iqtisadi sahədə daha çox bacarıqlı olduğu sübuta yetdi.

Əhmədinejad daha sonra deyib: İranda bu layihənin icrası ilə sosial təbəqə fasiləsinin azaldığından söz açaraq deyib: İran daha böyük layihələrin icrası üçün hazırdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır