16 dekabr 2011 - 20:30

“İran ABŞ-ın hava məkanını pozmasına göz yummayacaq. Əgər bu ölkəyə məxsus pilotsuz casus təyyarələri sərhədlərimizi pozmaqda davam edərsə, onları da digəri kimi vurub salacağıq”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İranın sabiq müdafiə naziri, general Əli Şəmxani belə bir bəyanatla çıxış edib: “İran ABŞ-ın hava məkanını pozmasına göz yummayacaq. Əgər bu ölkəyə məxsus pilotsuz casus təyyarələri sərhədlərimizi pozmaqda davam edərsə, onları da digəri kimi vurub salacağıq".

 Onun sözlərinə görə, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus “RQ-170” pilotsuz casus təyyarəsinin zərər görmədən yerə endirilməsi ölkənin texnologiyada nə dərəcədə irəliləmiş olduğuna sübutdur: “İranın bu casus təyyarəsini ələ keçirməsi silahlı qüvvələrimizin potensialını ortaya qoyur".

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır