Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İranın sabiq müdafiə naziri, general Əli Şəmxani belə bir bəyanatla çıxış edib: “İran ABŞ-ın hava məkanını pozmasına göz yummayacaq. Əgər bu ölkəyə məxsus pilotsuz casus təyyarələri sərhədlərimizi pozmaqda davam edərsə, onları da digəri kimi vurub salacağıq".
Onun sözlərinə görə, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus “RQ-170” pilotsuz casus təyyarəsinin zərər görmədən yerə endirilməsi ölkənin texnologiyada nə dərəcədə irəliləmiş olduğuna sübutdur: “İranın bu casus təyyarəsini ələ keçirməsi silahlı qüvvələrimizin potensialını ortaya qoyur".
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır