14 dekabr 2011 - 20:30

RF Hərbi Proqnozlar Mərkəzinin rəhbəri Anatoliy Çıqanov: "Hətta İranla Azərbaycan arasında Xəzərin cənubundakı qaz yataqları barədə mübahisələrinı nəzərə alsaq belə, Bakının anti-iran hərbi kampaniyasını dəstəkləyəcəyini gözləmək lazım deyil"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:Rusiya İranda ehtimal olunan müharibəyə hazırlaşır. Belə ki, Kreml hərbi qaynaqlardan İsrailin ABŞ-ın dəstəyi ilə  İranın nüvə obyektlərinə hücum edəcəyi barədə məlumat əldə edib.

Əgər İranda həqiqətən də müharibə başlayarsa bu, Rusiya üçün faciə ilə nəticələnəcək. Ən azı ona görə ki, RF Zaqafqaziyada özünün əsas istehkamını – Ermənistandakı 102-ci hərbi bazasını itirəcək. Əlbəttə, Kreml  bunun baş verməməsi üçün əlindən gələni edəcək.

Qeyd edək ki, Rusiya hələ bir il əvvəldən  Tehrana qarşı  hərbi müdaxilələrdə itkiləri minimallaşdırmaq üçün müəyyən tədbirlər həyata keçirib və indi də hazırlıqlar bitmək üzrədir.

Ermənistan bazası bütünlüklə optimallaşdırılıb, hərbçilərin ailələri ölkədən çıxarılıb, İrəvanın yaxınlığında yerləşən Rusiya qarnizonu məhdudlaşdırılıb, hərbi hissələr isə Türkiyə ilə sərhəddin yaxınlığındakı Gümrüyə köçürülüb. Məhz Türkiyə ərazisindən  ABŞ İranın obyektlərinə hücum edə bilər.

Dekabrın 1-dən Rusiyanın Cənubi Osetiyada və Abxaziyada hərbi bazaları tam döyüş hazırlığına gətirib.

Dağıstanın Azərbaycanla sərhəddi yaxınlığında xüsusi sahil raket diviziyası - fəaliyyət uzaqlığın 130 km təşkil edən «Bal-E» gəmi əleyhinə sahil raket kompleksi döyüş hazırlığına gətirilib.

Mahaçqala və Astarxanda vahid gəmi qruplarının yaradılması üçün Xəzər flotunun bütün raket katerlərin dislokasiyası dəyişib. Bundan əlavə, Flotun flaqmanına «Tatarstan» gözətçi  raket gəmisinə «Volqodonsk» kiçik artilleriya gəmisi və «Dağıstan» raket gəmisi qoşulub.

Bundan əlavə, bir neçə müddət əvvəl  Aralıq dənizinə  Rusiyanın Şimal flotunun  aviadayıcı qrupu çıxmışdı. Onun tərkibinə  ağır aviadaşıyıcı «Admiral Kuznetsov», böyük qayıqəleyhinə  gəmi «Admiral Çabanenko» daxildir. Onlar Rusiyanın dayaq flotu olan Suriyanın Tartus limamına girəcəklər. Rusiyanın və Suriyanın hərbi nümayəndələri bu addımı atmaqda məqsədin sadəcə qrupun ehtiyat və yanacaqla təmin olunmasında göstərsələr də, ekspertlərin fikrincə, flot  Suriyada  Qərb dövlətlərinin münaqişə yaratmasının qarşısını almaq üçün istifadə olunacaq.

RUSİYA AZƏRBAYCANDAN NARAHATDIR

İranda baş verə biləcək imüharibə ilə əlaqədar  RF Müdaifə Nazirliyi  Azərbaycandan narahatdır. Belə ki, Azərbaycan  son üç ildə hərbi büdcəsini iki dəfə artırıb, həmçinin  İsraildən pilotsuz uçuş aparatları və kəşfiyyət üçün digər inkişaf etmiş avadanlıqlar alır. Bundan əlavə, Bakı  Qəbələ RLS-in icarə haqqını artırmaq tələbi ilə Moskvaya təzyiqi gücləndirib.

Azərbaycanın cənubda münaqişənin baş verəcəyi halda necə davranacağı fikirlər müxtəlifdir.

Hərbi Proqnozlar Mərkəzinin rəhbəri Anatoliy Çıqanov hesab edir ki, hətta İranla Azərbaycan arasında  Xəzərin cənubundakı qaz yataqları barədə  mübahisələri nəzərə alsaq belə, Bakının anti-iran hərbi kampaniyasını dəstəkləyəcəyini gözləmək lazım deyil. Onun Ermənistana qarşı hərbi əməliyyatlar aparması ehtimalı da azdır.

Ancaq 1991-1993-cü illərdə Bakı ilə İrəvan arasında hərbi fəaliyyətləri analiz edən, indi isə prezident İlham Əliyevin apardığı hərbi islahatları diqqətlə izləyən hərbi ekspert polkovnik Vladimir Popov bildirib ki, Azərbaycan Ermənistanla ərazi mübahisəsini öz xeyrinə həll etmək üçün yaranmış fürsətdə yararlana bilər: «Bu halda  Rusiya Ermənistanın RƏM-i ilə birlikdə hücumu dəf etsə də, Dağlıq Qarabağda  hərbi əməliyyatlarda iştirak etməyəcək». Bununla belə, Popov  Ermənistan ərazisində  Rusiyanın iştirakı ilə quru əməliyyatlarını mümkün hesab edir.

İran barədə Rusiya rəsmi heç bir söz deməsə də, ekspertlər  Moskvanın Tehrana azı hərbi-texniki səviyyədə yardım edəcəyinə əmindir.

Xatırladaq ki, Rusiya İrana güc tətbiq edilməsinin və ona qarşı sanksiyaların verilməsinin qəti əleyhinədir. Moskva İranın nüvə problemi ilə yaranan söhbətlərin Tehranda hakimiyyət dəyişikliyi üçün bəhanə ola biləcəyini bildirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır