12 dekabr 2011 - 20:30

ABŞ Prezidenti Barak Obama Ağ evdə İraqın hökümət başçısı Nuri əl-Malikini qəbul edib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:görüşdən sonra keçirilmiş birgə mətbuat konfransı zamanı ABŞ prezidenti İraqda müharibənin başa çatdığını bəyan edib.

Onun sözlərinə görə, ABŞ qoşunları artıq bu ilin dekabrın 31-də bu ölkənin ərazisini tərk edəcək. Obama deyib: "Biz istəyirik ki, İraq xalqı ABŞ kimi güclü bir tərəfdaşı olduğunu bilsin".

Mətbuat konfrnasından sonra iki ölkə lideri Arlinqton milli qəbrstanlığına gedərək, Naməlum Əsgərin Qəbri üstə əklil qoyublar. Daha sonra hər 2 ölkənin dövlət himnləri səslənib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır