12 dekabr 2011 - 20:30

Amerika prezidenti Barak Obama İrandan bu ölkəyə məxsus kəşfiyyat təyyarəsinin geri qaytarılmasını xahiş edib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bununla bağlı jurnalistlərin suallarını cavalandıran İran Xarici İşlər sözcüsü Ramin Mehmanpərəst bunları deyib: “Mənə elə gəlir ki, Barak Obama bu ölkənin kəşfiyyat təyyarəsinin İranın hava məkanını pozaraq, casusluq etməsi məsələsini təmamilə unudub.

Onlar beynəlxalq konvensiyaları pozaraq, İranın daxili işlərinə qarışıblar.Məncə Obamanın bu fikirləri qabadangəmişdikdir.

O, İrandan üzr istəyib, qanunsuz hərəkətin ölkəsi tərəfindən baş verdiyini təsdiqləmək əvəzinə, bizdən belə bir xahiş edib. Amerika başa düşməlidir ki, belə bir rəftarlar dünyada sülhün və sabitliyin aradan getməsinə ciddi xələl gətirir. Amerika höküməti bütün məsuliyyətləri üzərinə götürməlidir.”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır