11 dekabr 2011 - 20:30

Demokratiya və insan haqqları müdafiəçisi olduqlarını iddia edənlər İsrailin əleyhinə qərarlar barədə səssiz qalmağı üstün tutublar BMT cümə günü səs çoxluğu ilə İsrailin fələstinlilərə qarşı törətdiyi cinayətləri pisləyən 9 qərar verib, amma bu Qərb mediası tərəfindən işıqlandırılmayıb və buna görə də, məlumatın yayılması ləngiyib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:İsrail tərəfdarı ölkələrin etirazlarına baxmayaraq, səs çoxluğuyla qəbul edilən qanun təsdiqlənərək, İsrailin Fələstin xalqına qarşı törətdiyi cinayətlər pislənib.

Ancaq BMT üzvlərinin səs çoxluğunun İsrailin cinayətləri əleyhinə qərarlar verməsinə baxmayaraq, demokratiya və insan haqqları müdafiəçisi olduqlarını iddia edənlər, İsrailin qarşılaşdığı bu "qara cümə"də tamamilə səssiz qalmağı üstün tutublar.

Qeyd edək ki, İsrail əleyhinə qəbul olunan qərarlardan birində, İsraildən, 1967-ci ildə evindən didərgin salınan fələstinlilərin öz yurdlarına dönmələrinə icazə verməsi tələb olunur. Bu qərar 160 "bəli", 1 "xeyr" və 9 "bitərəf" səslə təsdiqlənib.

 Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır