Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İşğalçı İsrail rejimin baş naziri Benyamin Netanyahu parlamentdə çıxış edərək dünyanın müxtəlif bölgələrində, o cümlədən Ərəb ölkələrində baş verən İslami inqilabları pisləyib.
Yerli və xarici siyasətçiləri silsilə İslami inqilablara dəstək verməkdə günahlandıran baş nazir deyib: “Qərb ölkələrinin liderləri, xüsusən Barak Obama Misir prezidenti Hüsnü Mübarəki müdafiə etməməklə səhvə yol verdilər. Onlar özlərini sadəlövhcəsinə apardılar, reallığı anlamadılar”.
Netanyahu Ərəb ölkələrindəki inqilabların Qərb əleyhinə, İsrail əleyhinə, liberalizm əleyhinə olacağını, antidemokratik və islami xarakter daşıyacağını əvvəlcədən gördüyünü vurğulayıb: “İslami İnqilablar ərəb ölkələrini irəli yox, geri aparır və müsbət əlamət sayıla bilməz”.
Qonşu İordaniyada səlib mənşəli haşimilər sülaləsinin yıxılması ehtimalından narahatlığını dilə gətirən baş nazir ərəb xalqının normal demokratik və anti-İslam sistem qurmaq iqtidarında olmadığına inandığını bildirib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır