15 noyabr 2011 - 20:30

Polislər saat 20:30-da möminlərdən 30 nəfərini həbs edərək polis bölməsinə apardılar. Həbs olunanların yarısı Gəncə Kəpəz bölməsinə, yarısını isə Nizami bölməsinə apardılar.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: haqqyoluşcom saytına daxil olan məktubda bildirilir ki, Gəncə şəhərində geniş Qədir-Xum bayramı keçirilmişdir. Tədbir saat 19:00-da başlayıb. Tədbirdə ruhanilər, ziyalılar və gənclər iştirak ediblər.

Məclisdə həzrət Əlinin (ə) fəzilətlərindən danışıldı və sonda ehsan ziyafəti təşkil edildi. Ehsan ziyafəti zamanı polislər tədbir keçirilən binanı mühasirəyə alaraq məclisin sona çatmasına imkan vermədilər.

Polislər saat 20:30-da möminlərdən 30 nəfərini həbs edərək polis bölməsinə apardılar. Həbs olunanların yarısı Gəncə Kəpəz bölməsinə, yarısını isə Nizami bölməsinə apardılar. Polis bölməsində möminlərdən izahat alındıqdan sonra gecə saat 2:00-da sərbəst buraxılıblar. Polis bölməsində möminlərə kobudluq edilib və tapşırıq verilib ki, Aşurada sizin heç birinizi orada görməyək.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır