Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Əhli Beyt Dünya Assambleyasının katibi Höccətül İslam vəl Müslimin Muhəmmədhəsən Əxtəri Qədir Xum hadisəsi ilə bağlı açıqlama verib.
Əxtəri cənəbları verdiyi açıqlamasında deyib: “Böyük tarixi hadisə olan Qədir Xum hicrətin 10-cu ilində Həzrəti Rəsulun (səlləllahu əleyhi və alih) Məkkədən Mədinəyə dönərkən Mədinə yolu üstündə baş vermişdir. Hacıların karvanı yolların bir-birindən ayrıldığı nöqtəyə çatdığda Peyğənbər (səlləllahu əleyhi və alih) həmin an, elə həmin yerdəcə dayanaraq öz canişini İmamət və Vilayət məqamına təyin edir. Bu ümumi elan ona görə oldu ki, insanlar Peyğənbərdən sonra çaş-baş qalmasın. Qoy bilsinlər ki, onların arasında Allahın təyin etdiyi Höccəti var, onun ətrafında toplaşmalıdırlar. Bu bir İlahi vəzifədir ki, Qədir Xum məsələsi ilə İslamın yeni rəhbəri təyin edilmişdi. Quran Buyurur: “(Onları) Müjdə verən və qorxudan peyğənbərlər (olaraq göndərdik) ki, bu peyğənbərlər (in gəlişin) dən sonra insanların Allaha qarşı heç bir dəlil-sübutu olmasın”. (Nisa-165). “(Bəşər cəmiyyətindən olan) Hərbi dəstə üçün doğru yol göstərən (y Peyğənbər,ya İmam, ya da Rəhbər) vardır. (Rəd-7)
Bu ayələrdə Allah Təala İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) canişin məsələsini ona görə bəyan etmişdir ki, cəmiyyət daim rəhbər və İmama malik olaraq, düz yolda irəliləsin və yolunu azmasın. Ümmət də dağılmasın. Qədir-Xum məsələsində hədəf vəhdət, insanların hidayət olunması və İslamın qorunmasıdır. Belə ki, Həzrət Fatimeyi-Zəhradan (səlamullahi əleyha) gələn hədisdə deyilir ki, bizim İmamətimiz müsəlman ümmətinin vəhdət və ülfətinə səbəb olacaqdır.
Çox təəsüf ki, Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) şəhadətindən sonra Əmirəl-möminin (əleyhis səlam) vilayət və İmamət məsələsi ümmət arasında öz yerini tapmadı və Peyğəmbərin (səlləllahu əleyhi və alih) bu haqda buyurduqları ümmət tərəfindən həyata keçmədi. Peyğəmbərimiz (səlləllahu əleyhi və alih) İslam dinini tanıdanda və risalətini elan edəndə özündən sonra İmamət və canişinini də elan etmişdi. 23 il müddətində müxtəlif vəziyyətlərdə bunu vurğulamışdı. Qədir-Xum günündə isə aşkar şəkildə bunu insanlara elan etmişdi. Ancaq o Həzrətin şəhadət mərtəbəsinə çatması ilə bu məsələ dəyişdirildi. Öz əsl məcrasından çıxdı. Bundan sonra da ədalətsiz və haqsız Bəni-Uməyyə və Bəni-Abbas dövründə Məsum İmamlar (əleyhis səlam) imamət və vilayət rolunu lazımlı səviyyədə icra edə bilmədilər. Onları insanlara rəhbərlik və hidayət etməyə qoymadılar.
Əlbəttə, Məsum İmamlar (əleyhis səlam) nə qədər bacardılarsa, dini hifz etdilər. Ancaq zahirdə zalım hakimlər qoymadılar ki, İmamlar (əleyhis səlam) öz vəzifələrinə və risalətlərinə kamil şəkildə əməl etsinlər. Bu məsələ İslama və İslam cəmiyyətinə çoxlu ziyanlar vurdu. Məsum İmamların (əleyhis səlam) müqəddəs vücudları çoxlu təzyiqlərin altında qaldı, o qədər zülmə sinə gərdilər və şəhid edildilər. Onların bəzisini zindana atdılar, bəzilərini də öz hərbi hissələrində mühasirədə saxladılar. Ancaq onlar bütün bu çətinliklərə baxmayaraq, əhkamın bəyan edilməsi, Quranın təfsiri, Quranın himayə edilməsində öz vəzifələrini elə icra etdilər ki, bu gün nə varımızdırsa, onlardandır”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır