Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Misirdə yaşanan son olaylar və Hüsnü naMübarəkin yaxalanması ardıyca virtual aləmdə İmam Əli həzrətlərinin (əleyhis səlam) Hüsnü naMübarək barədə uzaqgörənliki haqda söz-söhbətlər gəzişməkdədir.
Yazıçı və Təhqiqatçı Seyyid Əli Aşur “Məzə qalə Əli ən əxiriz zəmən” (yəni: Əli (əleyhis səlam) axərəz zəman haqda nə demişdir.) kitabında bir rivayət nəql edir ki, biz həmin kitabı araşdırmaq məqsədi ilə həzrəti Məhdi barədə yazılmış digər kitabları araşdırdıq, lakin bu rivayəti digər kitablarda tapa bilmədik. Əlbəttə yazıçı rivayəti məşur Əhli Sünnə alimi Muhəmməd İsa bin Davudun “əl-Mufaciə” kitabından nəql etmişdir.
Hədisin orjinalı və azəricə tərcüməsi belədir:
"صاحب مصر علامة العلامات وآیته عجب لها إمارات , قلبه حسن ورأسه محمد و یغیر أسم الجد(محمد حسنی مبارک) , أن خرج من الحکم فاعلم ان المهدی سیطرق أبوابکم , فقبل أن یقرعها طیروا الیه فی قباب السحاب (الطائرات) أو أئتوه زحفاً وحبواً على الثلج ".
Misirin sahibi (axirəzzəmanın) çaşdırıcı əlamətlərindən biridir. Qəlbi Həsəndir (adının ortasında gələn söz Həsən* sözüdür), başı Muhəmməd, adı atasının adından fərqlənir. “Əgər hökümətdən kəarlaşsa bilin ki, Məhdi cənabları ən qısa zamanda qapınızı döyəcək. Elə isə qapınızı döyməzdən öncə bulud qübbələri üstündə ona doğru uçun və ya buz üstündə sürüklənərək ona tərəf gedin”.
“Məzə qalə Əli ən əxiriz zəmən” səh 330.
*Hüsnü Mübarək adının ərəbcə yazılışı (حسنی مبارک). Həsən sözünün yazılışı bu şəkildədir (حسن). Göründüyü kimi sözlərin kökü bir və mənaları da eynidir. Yəni əgər Ərəbcə də nisbət üçün istifadə edilən (ی , y) qaldırılsa söz eyni və məna da eyni mənanı verməkdədir. Hüsnü Mübarəyin əsl adı "Məhəmməd Hüsnü Seyid Mübarək"dir. Amma Hüsnü Mübarək olaraq dilektikada istifadə olunur. Hədisdə ürəyi (ortası) həsən, başı Məhəmməd və atasının adından fərqlidir deyə keçməkdədir. Hüsnü Mübarəkin atasının adı Seyiddir. Hüsnü Mübarək atasının adını istifadə etmirdi, yəni adını dedikdə Məhəmməd Hüsnü Mübarək olaraq demirdi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır