23 oktyabr 2011 - 20:30

RƏM sistemlərinin quraşdırılması planlaşdırılan bölgələrdən biri Malatya şəhəridir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Türkiyənin Malatya şəhərində İnsan Haqları və Məzlumlar Üçün Həmrəylik Dərnəyinin (MAZLUMDER) təşkilatçılığı ilə bu ölkədə NATO-nun Raket Əleyhinə Müdafiə (RƏM) sistemlərinin quraşdırılmasına etiraz aksiyası keçirilib. Aksiyada "Türkiyə oyan, radara dirən", "İnsanlıq üçün burdayıq", "İsrailə qalxan olmayacağıq" kimi şüarlar və təkbirlər səsləndirilib.

Qeyd edək ki, Türkiyə hökuməti ilə NATO arasında əldə olunmuş razılığa əsasən, NATO bu ölkədə RƏM sistemləri quraşdıracaq. RƏM sistemlərinin quraşdırılması planlaşdırılan bölgələrdən biri Malatya şəhəridir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır